◊   TÜRK-İSLAM BİRLİYİ MÖVZUSUNDAKI ELANLAR   

 

Türk-İslam Birliyi nə üçün vacibdir?

Türk-İslam birliyi, bir sevgi birliyidir. Məhəbbət birliyi, könül birliyidir. Bu birliyin təməli, sevgi, fədakarlıq, köməksevərlik, mərhəmət, tolerantlıq, anlayış və razılaşmadır. Həmçinin, bu birliyin hədəfi insana hörmət, sənətdə, elmdə və texnologiyada ən yüksək nöqtəyə çatmaqdır. Birliyin yaradılmasıyla, yalnız türk cəmiyyətləri və müsəlmanlar deyil, bütün dünya aydınlığa qovuşacaq.

 

Birlik olmaq Türk-İslam aləminə müdhiş güc qazandıracaq. İman edənlərin ittifaqını gücləndirən, əslində onların imanları və ixlaslarıdır. Həqiqi dostluq və ittifaq ancaq səmimi imanla qurular. Möminlər, bir-birlərini heç bir fayda ya da mənfəət güdmədən, saf niyyətlə və yalnız Allah rizası üçün sevər, Allah rizası üçün dost olar və Allah rizası üçün birlik olarlar. Təməli dünyadakı ən möhkəm şeyə, Allah sevgisinə və Allah qorxusuna əsaslanan bu birliyin dağılması, yox olması Allahın diləməsi xaricində heç bir şəkildə mümkün olmaz.

Türk-İslam Birliyi əvvəlcə həm müsəlman ölkələr arasındakı anlaşılmazlıqları həll edib, İslam aləminə sülh gətirəcək, həm də dünyadakı qarşıdurmanı və döyüşü qızışdıran hər cür hərəkatın qarşısında dayanacaq, döyüşü qızışdıran hər cür təşəbbüsün qarşısını alan bir güc olacaq.

Türk İslam Birliyinin yaradılmasıyla, Amerika, Avropa, Çin, Rusiya, İsrail bir sözlə, bütün dünya rahatlayacaq. Terror problemi başa çatacaq, xammal ehtiyatlarına gediş zəmanət altına alınacaq, iqtisadi və ictimai nizam qorunacaq, mədəni qarşıdurma tamamilə aradan qalxacaq. Amerika əsgərlərini torpaqlarından minlərlə kilometr uzağa göndərmək məcburiyyətində qalmayacaq, İsrail divarlar arxasında yaşamayacaq, Avropa Birliyi ölkələri hər hansı bir iqtisadi maneə ilə qarşılaşmayacaq, Rusiya təhlükəsizlik qayğılarıyla yaşamayacaq, Çin xammal çətinliyi ilə üzləşməyəcək.

Türk-İslam Birliyinin yaradılmasıyla, Qərb dünyasının müdafiə xərcləri azalacaq. Amerika Birləşmiş Ştatları təxminən 400 milyard dollarlıq hərbi büdcəsi ilə silahlanma siyahısında birincidir. ABŞ-ı 60 milyard dollar ilə Rusiya, Rusiyanı da 42 milyard dollar ilə Çin təqib edir. Türk-İslam Birliyi, İslam aləmiylə əlaqədar bütün qarşıdurma və gərginlikləri aradan qaldıraraq qlobal bir sülh və dinclik mühiti təmin edəcək, yalnız müsəlman ölkələrdə deyil, dünyanın digər bir çox ölkəsində də müdafiə xərclərinin azaldılmasını təmin edəcək. Beləcə, silah texnologiyasına qoyulan investisiya, silahların təkmilləşdirilməsinə xərclənən pul, rahatlıqla təhsil, tibb, elm, mədəniyyət kimi sahələrə xərclənəcəkdir.

 

Türk-İslam Birliyində fikir və ifadə azadlığı vardır. Türk-İslam Birliyi hər bir düşüncəyə və inanca sahib insanların heç bir təzyiq və zorakılıq mühiti olmadan fikirlərini rahatlıqla ifadə edə biləcəyi, bu insanların hüquqlarının hər cəhətdən qorunacağı, hər kəsin düşüncəsinin xoş münasibət ilə qarşılanacağı bir birlik olacaq. Türk-İslam Birliyinin liderliyində müsəlman cəmiyyətlər, insanların bir-birlərinin fikirlərinə hörmət göstərdikləri, bərabərlik, ədalət və azadlığın hakim olduğu, zülm və haqsızlığın tamamilə aradan qaldırıldığı cəmiyyətlər olacaq. Və İslam aləmi həm müsəlmanların dincliyini və təhlükəsizliyini təmin edəcək, həm də dünyada mədəniyyət və sivilizasiyanın da lideri mövqesinə gələcəkdir.

 

Türk-İslam birliyi ticarəti canlandıracaq, iqtisadiyyatı gücləndirəcəkdir. İqtisadiyyatda, siyasi və mədəni sahədə müsəlman ölkələr arasında reallaşdırılacaq bir əlaqə, geridə qalanların sürətlə inkişafına, lazımi imkan və infrastruktura sahib olanların bunları ən səmərəli şəkildə istifadə edə bilmələrinə imkan verəcək. İqtisadi inkişaf, elm və texnologiyaya qoyulacaq sərmayələri artıracaq. İqtisadiyyatın inkişafıyla birlikdə təhsil səviyyəsində də normal bir yüksəliş olacaq, cəmiyyət çox istiqamətli inkişaf edəcək.

 

Türk-İslam Birliyi, müsəlman aləminin inkişafına səbəb olacaqdır. Yaradılacaq vahid İslam bazarı sayəsində, bir ölkədə istehsal olunan məhsullar, gömrük, kvota kimi sərhəd maneələriylə üzləşmədən başqa bir ölkədə asanlıqla satışa çıxarıla biləcəkdir. Ticarət sahəsi genişlənəcək, bütün müsəlman ölkələrin bazardakı payı artacaq, ixracat inkişaf edəcək, bu da, müsəlman ölkələrdəki sənayeləşmə prosesini sürətləndirəcək, iqtisadiyyatda təmin ediləcək inkişafla texnologiyada da inkişaf yaşanacaq.

 

İqtisadiyyatı güclü olan Türk-İslam aləmi, Qərb dünyası və digər cəmiyyətlər üçün də əhəmiyyətli bir rifah mənbəyi olacaq. Bu cəmiyyətlər qarşılarında təhlükəsizlik şəraitində, narahatlıq hissi keçirmədən əməkdaşlıq edə biləcəkləri, ticarət fəaliyyəti yürüdə biləcəkləri bir güc tapacaqlar. Həmçinin, Qərb təşkilatları və qurumlarının daim bu ərazilərin inkişafı üçün köçürdükləri fondlara da ehtiyac qalmayacaq, bu fondlar dünya iqtisadiyyatının güclənməsi üçün istifadə ediləcək.

 

Türk-İslam Birliyinin yaradılmasıyla enerji mənbələri də zəmanət altına alınacaq. Türk-İslam Birliyinin vəsiləsiylə, zəngin yeraltı resursların olduğu ərazilərdə sabitlik və sülh hakim olacaq, bu ərazilərdə demokratik sistem ən düzgün şəkildə fəaliyyət göstərəcək. Beləcə, bu resursların ən səmərəli şəkildə istifadə edilməsində və onların qiymətləndirilməsində İslam ölkələrinin olduğu kimi, digər cəmiyyətlərin də heç bir zərər görməyəcəyi bir model meydana gələcək. Bu da, başda neft istehsalı və qiymətləri olmaqla dünya iqtisadi tarazlıqları baxımından olduqca əhəmiyyətli olan xüsuslarda, sabit və stabil bir siyasət yürüdülməsini təmin edəcək.

Türk-İslam Birliyi sənətə və estetikaya qarşı həvəs oyadacaq, ehtişamlı bir mədəniyyət yaradacaqdır. Dinclik və təhlükəsizliyin təmin edildiyi, iqtisadi çətinliklərin aradan qaldırıldığı Türk-İslam aləmində, təhsil, elm və mədəniyyətə ayrılan büdcə artırılacaq və böyük bir mədəni sıçrayış yaşanacaqdır. Dostluq və qardaşlığın hakim olması, fərdlərin düşünməyə və öyrənməyə daha çox vaxt ayıra bilmələrinə, bunu edərkən daha sərbəst fikirli və uzaqgörən ola bilmələrinə zəmin hazırlayacaq. Qarışıqlıq, yoxsulluq və çətinliyin aradan qaldırıldığı mühitlər yeni fikirlərin meydana gəldiyi, yeni məhsulların istehsal olunduğu, faydalı şeylərin ixtira olunduğu və daimi inkişafın yaşandığı mühitlərdir. Müsəlman aləmi də Türk-İslam Birliyini yaratmaqla, bu mühiti meydana gətirəcəkdir.

 

Kərkük probleminin həll yolu Türk-İslam Birliyidir

Millətimizlə eyni soydan gələn, eyni dildə danışan, eyni inanca sahib olan məzlum bir xalqın hüquqlarının qorunması Türkiyənin tarixi bir vəzifəsidir. Türkmən qardaşlarımızın dinclik və rifahı, Türkiyə üçün həm tarixi, həm əxlaqi, həm də siyasi bir məsuliyyətdir. Bunun təmin edilməsi isə, ancaq Türk-İslam Birliyinin yaradılmasıyla mümkün olacaq. Böyük əziyyətlər və çətinliklər yaşanan bölgədə sülhün hakim olması üçün, daha çox yubanmadan, tezliklə Türk-İslam Birliyinin yaradılması istiqamətində addımlar atılması tələb olunur. Türk İslam Birliyi, həmçinin İraqdakı bütün müsəlman qardaşlarımızın dincliyi, qurtuluşu, xoşbəxtliyi üçün də lazım və vacibdir.

• Mosul torpaqları Birinci Dünya müharibəsinin sonunda, beynəlxalq hüququn tələblərinə zidd şəkildə və bölgədəki xalqın istəkləri güdülmədən yeni yaradılan İraq Respublikasına verilmişdir. Halbuki, Lozanna konfrasında İsmət Paşanın təqdim etdiyi tarixi, coğrafi, siyasi və mədəni dəlillər bitərəf şəkildə qiymətləndirilsəydi, beynəlxalq qanunlar tətbiq edilsəydi və bölgədə, xalqın və Türkiyənin istədiyi xalq səsverməsi aparılsaydı, bu gün bu torpaqlar Türkiyənin bir hissəsi olacaqdı. Bu bilinməli və əsla unudulmamalı bir həqiqətdir.

 

• Bu həqiqətin mənası, əlbəttə ki, Şimali İraqı yenidən ələ keçirmək deyil. Ulu Öndər Atatürkün "yurdda sülh, cahanda sülh" qanununa sonuna qədər sadiq olan dövlətimizin böyükləri, başda Türk Silahlı Qüvvələrinin komandirlik səviyyəsində olmaqla, Türkiyənin Şimali İraqa istiqamətli bir işğal hədəfinin və niyyətinin heç vaxt olmadığını dəfələrlə ifadə etmişlər.

 

• Ancaq Türkiyə, həm bu torpaqlarda yaşayan soydaşlarımızın, həm də, əlbəttə ki, digər bütün cəmiyyətlərin yaşadıqları əzab və çətinlikləri görməzlikdən gələ bilməz. Təxminən 90 ildir ki, xarici dövlətlər tərəfindən yox sayılan və İraq rəhbərlikləri tərəfindən də assimilyasiya edilməyə çalışılan Türkmən qardaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, əsrlər boyu bölgədə hökm sürmüş bir imperatorluğun varisi olan Türkiyənin vicdani məsuliyyətidir.

 

• Türkmən qardaşlarımız, ölkənin idarə olunmasında bərabər söz hüququna sahib olmalı, istədikləri kimi ticarət edə bilməli, gündəlik həyatlarını bütün hüquqlara sahib şəkildə davam etdirə bilməli, ibadətlərini sərbəst şəkildə yerinə yetirə bilməli, dillərindən istifadə edə bilməli, hamısından da əhəmiyyətlisi can və mal təhlükəsizliklərinin təmin olunduğundan əmin olmalıdırlar.

 

• Səddamın hakimiyyəti dövründə bölgədəki bütün xalqlar çox böyük əziyyətlər çəkmişdir. Yalnız türkmənlər deyil kürdlər, sünni ərəblər və digər xalqlar da ciddi itkilər vermiş, qorxu və dəhşət dolu günlər yaşamışlar. Bu tarixi əziyyətlərdən ibrət götürülməlidir. Bu gün bütün xalqların bir yerdə dinclik və təhlükəsizlik içində yaşamasına şərait yaranmışdır. Bu şərait, haqq və ədalət çərçivəsində bir nizam meydana gətirməklə qiymətləndirilə biləcəyi halda, bir cəmiyyətin digərini istismar etməklə və yox saymağa çalışmaqla haqqa, hüquqa və vicdana sığmayan tətbiqlər etməsi qəbul edilə bilməz.

 

• Bölgədə axan qanın dayanması, Osmanlıların dövründə hakim olan sülhün yenidən yaradıla bilməsi, bölgədə qardaşlıq və sevgi əsasında bir birliyin yaradılmasıyla mümkündür. Keçmişdə yaşananlar keçmişdə qoyulmalı, parlaq bir gələcəyin yaradılması üçün bütün cəmiyyətlər uzlaşma və tolerantlıq ruhuyla hərəkət etməlidir. Eyni tarixə və mədəni dəyərlərə, eyni inanca sahib olan bölgə xalqı bir-birinə anlayışla, hörmətlə, sevgiylə yanaşmalı, bir-birinin düşməni və rəqibi deyil, himayədarı və hamisi olmalıdır.

 

• Allah Quranda müsəlmanların qardaş olduqlarını bildirmişdir. Müsəlmanlar arasındakı bəzi mədəni fərqlər bir ayrı-seçkilik ünsürü kimi deyil, tam əksinə cəmiyyəti bəzəyən müxtəliflik və zənginlik kimi görülməlidir. Və bu mədəni fərqlər əsla hər hansı bir qarşıdurma üçün əsas götürülməməlidir. Allahın müsəlmanlara olan əmri: "Allahın ipindən möhkəm yapışmaq və parçalanmamaqdır!". Bölgədə yaşayan kürdlər, ərəblər, türkmənlər bu həqiqətləri əsla görməzlikdən gəlməməlidir.

 

      Türkiyə sahib olduğu ənənəvi sülhsevər xarici siyasəti və tarixin özünə qazandırmış olduğu "Osmanlı uzaqgörənliyi"ni birləşdirməklə bölgəni əhatə etmək, bölgə xalqının hamısını əldə etmək, onları ortaq dəyərlər əsasında birləşdirəcək və Türkiyəyə rəğbətlə baxmalarını təmin edəcək bir "mədəniyyət siyasəti" və iqtisadi sıçrayış başlamaq vəziyyətindədir. Türkiyənin "Mosul-Kərkük siyasəti"nin təməlində, bu bölgəylə onsuz da mövcud olan mədəni və ticarət əlaqələrinin gücləndirilməsi, bölgədə qeyri-sabitliyin və qarışıqlığın qarşısının alınması, bölgədəki insanların qəlblərinin və zehinlərinin qazanılması məqsədi olmalıdır. Bütün bunların həyata keçirilməsinin ən əhəmiyyətli yolu isə Türkiyənin liderliyində, hakimiyyəti altındakı bütün dövlətlərin unitar quruluşunu qoruyan və dünyəvi sistemiylə xalqların din və düşüncə azadlıqlarını zəmanət altına alan, Türk-İslam Birliyinin tezliklə yaradılmasıdır.

 

          Bu birliyin təmin edilməsi üçün dövlətlər arasındakı ortaq məxrəclərin yaxşı qiymətləndirilməsi olduqca əhəmiyyətlidir; dil də bu məxrəclərdən biridir. Türk respublikaları arasında türkcəyə əsaslanan dil birliyinin təmin edilməsi cəmiyyətlərin bir-biriylə qaynaşmasına səbəb olacaq. Dil birliyi mövzusunda ediləcək təşəbbüslər Türk-İslam Birliyi hədəfi üçün böyük töhfə verəcək. Fikrimizcə, Türk dövlətləri arasında dil birliyində əsas götürülməli türk dili isə, "Türkiyə türkcəsi"dir.

 

Türk-İslam Birliyi "Şərqi Türküstan problemi"nin həllidir

 

Bu gün dünyanın bəzi bölgələrindəki müsəlmanlar çətin vəziyyətdə yaşayır. Məsələn, Çinin ən qərb nöqtəsində yerləşən Şərqi Türküstan xalqı xüsusilə də son əlli ildir ki, böyük təzyiq altında yaşayır. Əhalinin əksəriyyətini uyğur türklərinin təşkil etdiyi Şərqi Türküstanda, Çinin heç bir bölgəsində yaşanmayan ölçülərdə çətinliklərlə dolu bir həyat hökm sürür. 1965-ci ildən sonrakı qırğınlarla birlikdə, öldürülən Şərqi Türküstanlıların sayı 35 milyon kimi inanılmaz bir rəqəmdir.

 

Zəbt, təhkimlik və zorlamalar bölgəyə yalnız narahatlıq, qarışıqlıq, kin və nifrət gətirmişdir. Bu cür üsullarla millətləri istismar etmə dövrü artıq sona çatmışdır. Bu səbəbdən də, Çin, Şərqi Türkistan xalqının özünü idarə etməsinə izn versə və iqtisadi müstəqillik hüququ versə bundan olduqca böyük mənfəət qazanacaq. Öz sərhədləri daxilində rahatlıqla istehsal prosesini reallaşdıran, azad şəkildə yaşayan, qorxu və təzyiqin təsirindən xilas olmuş Şərqi Türküstan, Çin üçün yeni bir sıçrayış mərkəzi ola biləcək.

Şərqi Türküstan xalqına bu hüquqların verilməsi isə böyük bir güc və nüfuz sahibi olan Türk-İslam Birliyi sayəsində mümkün ola bilər. Belə bir gücün zəmanətçisi olsa, Çin də ölkəsində yaşayan milyonlarla müsəlman ilə əlaqələrini gücləndirəcək. Qəlbən Türk-İslam Birliyinə bağlı bir Şərqi Türküstanın Çinə qarşı düşməncəsinə bir münasibət göstərməyəcəyi, qiyam qaldırmayacağı, Çinin lider bir gücə sahib olması üçün dostyana bir şəkildə töhfə verəcəyi mövzusunda Çin rəhbərliyi razı salınmalı və etibarları qazanılmalıdır.

Dünyanın ehtiyacı olan şey sülh, sevgi, köməkləşmə və ədalətdir. Yaradılacaq Türk-İslam Birliyinin yer üzündə vəzifəsi də budur. Bu birlik; düşmənçilik etmək, intiqam almaq və ya bir təhdid ünsürü olmaq üçün deyil, dünyada sülhün yaradılması üçün var olacaqdır. Bu birlik, “hər kəs bizə tabe olsun, geridə qalanlar da kölə kimi olsun” mənasında istismara və zorakılığa əsaslanan bir birlik deyil. Türk-İslam Birliyi bir sevgi və anlayış birliyidir.

Bu birlik vəsiləsiylə hər dinin mənsubu istədiyi qədər ibadətini edə biləcək, öz dininə görə müqəddəs hesab edilən hər yeri ziyarət edə biləcək, malı, canı, namus və şərəfi Türk-İslam Birliyinin zəmanəti altında olacaq.

 

Mədəniyyətlər arası qarşıdurma ssenarilərinin əksinə bu birlik mədəniyyətləri bir-birinə yaxınlaşdıra biləcəkdir. Nəticədə birliyin meydana gətirəcəyi mühitdən bütün dünya istifadə edəcəkdir. Bu birliyin təməli; sevgi, şəfqət, mərhəmət, fədakarlıq və köməksevərlikdir. Həmçinin insana hörmət, incəsənətdə, elmdə və texnologiyada ən yüksək nöqtəyə çatmaqdır.

Tək bir bütünün hissələri halında bir-birinə bağlı olan və nəhəng bir əraziyə yayılmış təxminən 1 milyard əhalini ifadə edən Türk-İslam Birliyi böyük bir iqtisadi bazar xüsusiyyəti daşıyacaq. Bu vəziyyət isə, xüsusilə də Çin üçün çox böyük miqyaslı bir ticarət imkanı deməkdir. Bu səbəbdən də, Çinə bu, yaxşı izah edilməlidir.

 

Türk-İslam regionunda terrorist fəaliyyətlər köklü surətdə aradan qaldırılacaq, terror törədənlər qarşılarında olduqca çəkindirici Türk-İslam Birliyi hərbi paktının ordusunun olduğunu görəcəklər. Birliyi meydana gətirən dövlətlərin unitar quruluşları qorunacaq. Türk-İslam Birliyinin təməl ideologiyalarından biri isə dünyəvilik olacaq. Bu səbəbdən də müsəlman olan da, olmayan da təhlükəsizlik içində yaşayacaq.

 

Türk-İslam Birliyi İsrail və Fələstin baxımından da problemlərin həlli üçün böyük bir fürsət olacaq. Bu gün İsrail və Fələstin xalqları hər an can təhlükəsizliklərini qorumaq vəziyyətində olduqları üçün divar arxasında narahat bir şəkildə yaşayırlar. Türk-İslam Birliyi yaradıldıqda nə kilometrlərlə divar hörməyə, nə də başqa bir tədbirə ehtiyac qalmayacaq.

 

Türk-İslam Birliyinin yaradılması bütün İslam və Türk aləmi tərəfindən şövq və həyəcanla gözlənilir.

 

Krım türklərinin probleminin həll yolu Türk-İslam Birliyidir

• Tarix, istər Yaxın Şərqə, istər Balkanlara və Qafqaza daimi bir sülhün gətirilə bilməsinin, Osmanlı mirasının varisi olan Türkiyənin liderliyində mümkün ola biləcəyini göstərir.

 

• Türkiyənin liderliyində yaradılacaq Türk-İslam Birliyi, həm qarşıdurmaların sonu olub bölgədə sülh yaradacaq, həm də bölgədəki bütün ölkələrinin güclü bir iqtisadi əməkdaşlıq etməyə başlamalarıyla zəngin və firavan cəmiyyətlər meydana gətirəcək.

 

Türk-İslam Birliyinin yanaşma tərzi Osmanlının etdiyi kimi Balkanlar, Qafqaz və Yaxın Şərqdəki müxtəlif etnik şəxsiyyət və dinləri əhatə edəcəkdir. Bunun dayaq nöqtəsi isə Türk-İslam mədəniyyətinin və köklü mədəniyyətimizin yenidən kəşf edilməsidir. Necə ki, bu torpaqlarda siyasi cəhətdən olmasa belə, mədəni cəhətdən Türk hakimiyyəti hələ də davam edir, xüsusilə Balkanlarda və Qafqazda fərqli irqlərdən olmalarına baxmayaraq, bir çox müsəlman özünü türk və osmanlı hesab edir.

“Balkanlarda, əslində etnik cəhətdən "türk" olmamalarına baxmayaraq, özlərini "türk" kimi görən və ya görməyə meyil edən böyük bir müsəlman əhali vardır. Bu "fəxri soydaşlarımız"ı bizə bu cür bağlayan ünsür isə Türk-İslam əxlaqı və Osmanlı mirasıdır. Necə ki, 1997-ci ilin əvvəllərində Belqradda keçirilən nümayişlər əsnasında etirazçılar "türk rəhbərliyinə həsrət", "haradasan ey türk (osmanlı) rəhbərliyi altındakı günlər" şəklində plakatlar hazırlamaları Qərb mətbuatının da diqqətini çəkmiş və bir daha Türkiyənin bölgədə aktiv olmasının lazım olduğu qənaətinə gəlmişlər.” (Gündüz Gazetesi, 12 yanvar 1997)

 

Osmanlı imperiyası artıq yoxdur, amma Balkanların bir ucundan digər bir ucuna qədər yayılan bir Türk-İslam mədəniyyəti və sivilizasiyası onun mirası olaraq hələ də qalır. Sayları 10 milyona çatan Balkan müsəlmanları, Ədirnədən Bihaça qədər uzanan bir xətt üzərində yaşayırlar. Üstəlik, bu xətt üzərində bəziləri 1878-ci ildən, bəziləri isə 1912-ci ildən bəri müqavimət göstərirlər. Tək ümidləri isə bir gün əvvəlki dincliyin, sülhün və quruluşun yenidən qurulması, güclü bir birliyin yaradılmasıdır... Bu birliyin adı Türk-İslam Birliyidir.

Eyni həsrət bu gün Yaxın Şərqdə də yaşanır. Bölgənin bir çox yeri bizim köhnə torpaqlarımız, köhnə yurdlarımızdır. Region xalqları Türkiyəyə qarşı böyük bir sevgi bəsləyir. Türkmənlərin, soydaşlarımızın yaşadığı Kərkük kimi bölgələr isə bizim üçün həyati əhəmiyyətli torpaqlardır. Türkiyə Qurtuluş savaşından sonra, əgər beynəlxalq hüququn tələbləri və bölgədəki xalqın istəkləri nəzərə alınsaydı, “Şimali İraq” olaraq tanıdığımız Mosul, Kərkük və ətrafdakı ərazilər, bu gün Türkiyənin bir hissəsi olacaqdı. Bu, bilinməsi və əsla unudulmaması lazım olan bir həqiqətdir. Bu səbəbdən də Kərkük, Krım, Bosniya kimi keçmiş türk yurdlarından türk millətinin əsla imtina edə bilməyəcəyi köklü əlaqələr vardır.

Sovet İttifaqının dağılmasından sonra ana vətənləri Krıma qayıdan soydaşlarımız ilə birlikdə bölgədə bu gün 300 minə yaxın türk yaşayır. Başda Özbəkistan, Tacikistan və Ukrayna olmaqla 500 mindən çox Krım mənşəli türkün isə istəmələrinə baxmayaraq, vaxtilə sürgün edildikləri və ya köç etməyə məcbur edildikləri ana vətənlərinə qayıda bilmədikləri məlum bir həqiqətdir. İstər Krıma qayıdışı çətinləşdirmək üçün mövcud olan bürokratik maneələr, istərsə də Krım torpaqlarındakı iqtisadi çatışmazlıqlar, Krım türklərinin ana vətənlərinə qayıtmalarına imkan verməyib.

 

Krım türklərinin ən çox etibar etdikləri dövlət Türkiyədir. İllərlə Osmanlıların idarəsi altında yaşayan Krım türkləri, Türkiyəni ikinci ana vətən kimi qəbul edirlər. Krım türklərinin lideri Mustafa Əbdülcəmil Qırımoğlu, Türkiyənin dünya türklərinin təbii lideri olduğunu ifadə edərək bunları deyir:

 

"Türkiyə Respublikası Türk dünyasında ayrı bir yer tutur. Türkiyə, türk dünyasında müstəqillik əldə edən və bunu qorumaq qüdrətində, öz ordusuna sahib yeganə türk dövlətidir. Türkiyədə milli mədəniyyət inkişaf etdi, türk dili zənginləşdi və kafi hala gəldi. Türkiyə iqtisadiyyatı digər türk dövlətlərinin iqtisadiyyatlarına görə daha çox inkişaf etmişdir. Bütün bu faktorlar, Türkiyəyə türk dünyasında lider olma mövqeyini qazandırır... Türkiyə həqiqətən də bütün türk dünyası üçün birləşdirici ruhi mərkəz ola bilər". (Mustafa Əbdülcəmil Qırımoğlu, http://www.kirimdernegi.org.tr)

 

Balkanlar, Yaxın Şərq və Qafqazlardan ibarət olan və Türkiyənin tam mərkəzində yerləşdiyi "Osmanlı regionunda" hələ də çox fəal və qarışıq bir quruluş hakimdir. Osmanlı dövlətindən sonra bölgədə yaranan boşluq hələ də doldurula bilməmiş və həqiqi mənada bir əmin-amanlıq mühiti təmin edilə bilməmişdir. Bu vəziyyət eyni torpaqlarda əsrlər boyu Osmanlı liderliyində nümunəvi bir "birlikdə yaşama modelini" tətbiq edən müsəlman türk millətinə diqqət çəkir. Və bu modelin indiki vaxtda və gələcəkdə də yalnız müsəlman türk milləti tərəfindən reallaşdırıla biləcəyi həqiqətini göstərir. Necə ki, son illərdə bir çox dövlət adamı, politoloq və yazıçı-tədqiqatçı, başda Osmanlı dövləti olmaqla, Türk dövlətlərinin müvəffəqiyyətlə icra etmiş olduğu ədalətli rəhbərlik sistemini tədqiq edir.

 

Tarix, istər Yaxın Şərqə, istər Balkanlar və Qafqaza daimi bir sülhün gətirilə bilməsinin, Osmanlı mirasının varisi olan Türkiyənin liderliyində mümkün ola biləcəyini göstərir. Türkiyənin liderliyində yaradılacaq Türk-İslam Birliyi, həm qarşıdurmaların sonu olub bölgədə sülh yaradacaq, həm də bölgədəki bütün ölkələrinin güclü bir iqtisadi əməkdaşlıq etməyə başlamalarıyla zəngin və firavan cəmiyyətlər meydana gətirəcək.

Bu bölgədə mövcud olan dövlətlərin hərbi, siyasi və iqtisadi baxımdan ən güclü ola biləcəkləri model, bir-birləriylə vuruşmaq əvəzinə güclərini birləşdirmələriylə meydana gələcək bir modeldir. Ortaq xarici siyasət bu dövlətləri dünya siyasətində böyük bir güc halına gətirəcək. Bu da Allahın izni ilə Türk-İslam Birliyinin meydana gəlməsiylə reallaşacaq.

 

Türk-İslam Birliyi Özbəkistan üçün qurtuluşdur

Özbəkistan rəhbərliyi, ateist sionistlərin və masonların məzlum müsəlmanlara istiqamətli oyunlarına düşməməli, bütün vətəndaşlarına sevgi və şəfqətlə yanaşmalıdır.

• Özbəkistan dövlətində əhəmiyyətli kadrların və səlahiyyətli orqanların ateist sionistlər və masonlar tərəfindən tutulduğu məlumdur. Özbəkistan rəhbərliyində yerləşmiş bu dairələr, hörmətli İslam Kərimovu da müxtəlif oyunlar və istiqamətləndirmələrlə təsir altına salmağa çalışırlar. Halbuki, cənab Kərimov tam bir türk milliyyətçisi və Türk İslam Birliyi müdafiəçisidir. O, ateist sionistlərin və masonların istiqamətləndirmələrinə qarşı diqqətli olmalı, onların oyunlarına gəlməməlidir.

 

• Kommunist rejimin göstərdiyi təzyiq və mərhəmətsizlik altında illərlə istismar edilmiş Özbəkistanın, zənginliyinin, aydınlığının və inkişafının ən əhəmiyyətli yolu, Türk-İslam Birliyinin himayəsində olmaqdır. Türk İslam Birliyi, Özbəkistanın çəkinməsi, bu müqəddəs düşüncəni müdafiə edənləri həbs etməklə bu yoldakı təşəbbüsləri təzyiq altına almalı bir düşüncə deyil. Tam tərsinə, firavan yaşamaq istəyən, dinclik istəyən, sülh istəyən, əmin-amanlıq istəyən bir Özbəkistan üçün Türk-İslam Birliyinin şəfqətli, sevgi dolu və demokratik quruluşu böyük bir nemətdir.

 

• "Böyük Türk dövləti yaratmağı müdafiə etmək" və Bədiüzzaman Səid Nursinin əsərlərini oxumağa görə 2008-ci ildən bəri mühakimə olunan şəxslərin 8-12 il həbs cəzası aldığı Özbəkistanda, Türk-İslam Birliyi müdafiəçilərinə qarşı olduqca səhv bir siyasət tətbiq edildiyi, məzlum və günahsız insanların lazımsız yerə təzyiq altına alındığı aydın olur. Böyük Türk dövlətinin, yəni Türk-İslam Birliyinin yaradılmasının müdafiə olunması da, Bədiüzzaman Səid Nursinin əsərlərinin oxunması da heç bir şəkildə cinayət ünsürü olmayan davranışlardır.

 

• Bədiüzzaman Səid Nursi ötən əsrin mücəddidi olan, İslam tarixinin ən dəyərli, ən gözəl əxlaqlı, ən hörmətli alimlərindən biridir. Bədiüzzamanın əsərləri bir nur, sevgi, tolerantlıq, mərhəmət və şəfqət mənbəyidir. Bədiüzzaman Səid Nursinin əsərlərini oxuyan və bu mübarək şəxsin üstün əxlaqını özünə nümunə götürən bir kəsin hər hansı bir separatçı, bölücü və ya zorakılıq ehtiva edən düşüncədə olması qeyri-mümkündür. Həyatının təxminən 30 ilini ən ağır həbsxana şəraiti içində keçirən, həyatı boyu bir çox haqsızlığa məruz qalan Bədiüzzaman, yaxınlarına və tələbələrinə hər zaman etidalı, sevgi dolu, bağışlayıcı və gözəl xasiyyətli olmağı tövsiyə etmiş bir insandır. Onun yolunu gedənlər də dövlətə qarşı itaətkar olan, qanunlara hörmət göstərən, nizamlı, sülhsevər, mülayim, mehriban və xoş xasiyyətli insanlardır.

 

• Özbəkistan rəhbərliyinin, bu insanları öz aləmində bir təhlükə kimi görməsinin səhv məlumatlandırma və yönləndirmələrindən qaynaqlandığı aydındır. Özbək rəhbərliyinin ateist sionistlərin və masonların, Özbəkistanın güclənməsinə, inkişafına və irəliləməsinə mane olmaq məqsədiylə oynadığı oyuna düşməməlidir. Çünki, Bədiüzzaman Səid Nursinin əsərləri Özbəkistan üçün bir təhdid ünsürü deyil, tam tərsinə birləşdirici, dinclik gətirən, dövlətə bağlılığı gücləndirən əsərlərdir. Özbək rəhbərliyi, bu həqiqəti görməli, Özbəkistanın xeyri üçün səy göstərən, özbək dövlətini və xalqını qoruyub himayə edən nur tələbələrinə qarşı gözəl bir rəftar göstərməlidir.

 

• Özbək rəhbərliyinin Türk-İslam Birliyi düşüncəsindən narahat olması da olduqca yersiz və lazımsızdır. Türklük və İslam əxlaqı özbək xalqının ruhudur. Özbək xalqının demək olar ki, hamısı Türk-İslam Birliyini istəyir və səmimi-qəlbdən dəstəkləyir. Bu birliyin yaradılmasının Özbək dövlətinin mənfəətinə uyğun olduğu da açıq bir həqiqətdir. Özbəkistan üçün bir aydınlanma, zənginləşmə, inkişaf və güclənmə vəsiləsi olduğunun aydın olmasına baxmayaraq, Özbəkistanın bu birlikdən uzaq tutulmağa çalışılması ateist sionistlərin və masonların bir oyunudur. Özbək rəhbərliyinin bu oyuna düşməyəcək qədər fərasətli və uzaqgörən olduğunu düşünürük.

  Türk İslam Birliyinin yaradılması hər keçən gün daha da yaxınlaşır. Bütün Türk-İslam aləminin coşğu və həyəcanla bu birliyin yaradılması üçün səy göstərdiyi bir dövrdə, əsrlərdən bəri gözlənilən böyük birliyin yaranması yolunda, Bədiüzzaman Səid Nursinin əsərlərini oxuyan günahsız, məzlum insanlara qarşı tətbiq edilən bu siyasətlə, təcili surətdə düzəldilməsi lazım olan çox ciddi bir səhvə yol verilmişdir. Bizim özbək rəhbərliyindən gözlədiyimiz ahısqa türkləri də daxil olmaqla Özbəkistanda yaşayan bütün türklərə, müsəlmanlara və xalqa qarşı sevgi və şəfqətlə yanaşılması və edilən bu böyük səhvin tezliklə düzəldilməsidir.

 

Türk-İslam Birliyi, bir sevgi birliyidir. Məhəbbət birliyi, könül birliyidir. Bu birliyin təməli, sevgi, fədakarlıq, köməksevərlik, mərhəmət, tolerantlıq, anlayış və razılaşmadır. Həmçinin, bu birliyin hədəfi insana hörmət, incəsənətdə, elmdə və texnologiyada ən yüksək nöqtəyə çatmaqdır. Birliyin yaradılmasıyla, yalnız türk cəmiyyətləri və müsəlmanlar deyil, bütün dünya aydınlığa qovuşacaq.

Türk-İslam Birliyi dünyəvi, müasir, mütərəqqi, demokratik bir birlik olacaq. Bu birliyin dünyəvi quruluşu, inanan, inanmayan, hər düşüncə və ideologiyaya sahib hər bir insanın himayədarı olacaq. Dünyəvi və demokratik əsaslara söykənən və qanunun aliliyi prinsipini qanun qəbul etmiş bu birlik altında müsəlmanlar, yəhudilər, xristianlar hətta buddistlər, ateistlər, imansızlar, materialistlər, bir sözlə, hər kəs fikirlərini istədiyi kimi ifadə edə biləcək, istədiyi kimi sərbəst və rahat şəkildə yaşayacaq.

 

Birlik olmaq Türk-İslam aləminə müdhiş güc qazandıracaq. Türk-İslam Birliyinin yaradılmasıyla, bütün dünya rahatlayacaq. Terror problemi başa çatacaq, xammal mənbələri ən səmərəli şəkildə qiymətləndiriləcək, bu mənbələrə sahib olanlar da mənbələrdən faydalanmaq istəyənlər də qorunacaq, iqtisadi və ictimai nizam qorunacaq, mədəni qarşıdurma tamamilə aradan qalxacaq.

Türk-İslam Birliyi dünyaya sülh gətirəcək. Türk-İslam Birliyi əvvəlcə həm müsəlman ölkələri arasındakı anlaşılmazlıqları həll edib, İslam aləminə sülh gətirəcək, həm də dünyadakı qarşıdurmanı və döyüşü qızışdıran hər cür hərəkatın qarşısında dayanacaq, döyüşü qızışdıran hər cür təşəbbüsün qarşısını alan bir güc olacaq.

 

Türk-İslam Birliyi ticarəti canlandıracaq, iqtisadiyyatı gücləndirəcəkdir. İqtisadiyyatda, siyasi və mədəni sahədə müsəlman ölkələr arasında reallaşdırılacaq bir bütünlük, geridə qalanların sürətlə inkişafına, lazımi imkan və infrastruktura sahib olanların bunları ən səmərəli şəkildə istifadə edə bilmələrinə imkan verəcək.

Türk-İslam Birliyi, müsəlman aləminin inkişafına səbəb olacaqdır. Yaradılacaq vahid İslam bazarı sayəsində, bir ölkədə istehsal olunan məhsullar, gömrük, kvota kimi sərhəd maneələriylə üzləşmədən başqa bir ölkədə asanlıqla satışa çıxarıla biləcəkdir. Ticarət sahəsi genişlənəcək, bütün müsəlman ölkələrin bazardakı payı artacaq, ixracat inkişaf edəcək, bu da, müsəlman ölkələrdəki sənayeləşmə prosesini sürətləndirəcək, iqtisadiyyatda təmin ediləcək inkişafla texnologiyada da inkişaf yaşanacaq.

 

Bu əsr "Türk-İslam mədəniyyəti"nin hakimiyyət əsri olacaq

 

Bu möhtəşəm mədəniyyət dünyaya gözəllik, estetika, zənginlik və ədalət gətirəcək...

Türk-İslam aləminin birlik və bərabərliyi, bütün insanların rifahı, dincliyi və çəkilən əzabların yox olması üçün, mütləq lazımlıdır. Vicdan sahibi olan hər adam bu birliyə töhfə verməlidir.

 

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

 

"And olsun, Biz Zikrdən sonra Zəburda da: "Şübhəsiz ki, ərzə yalnız Mənim saleh bəndələrim varis olacaqdır" deyə yazdıq". (Ənbiya surəsi, 105)

 

Türk-İslam Birliyi bu əsrin müjdəsidir. Zamanı gəlmiş, şərtləri kamilləşmişdir. Bu böyük ehtişam, bütün dünyanın hüzuruna, sevincinə, rahatlığına və rifahına səbəb olacaq. Türk milləti, Türk dövləti, milli, unitar quruluş çərçivəsində bu gözəl liderliyə layiqdir.

 

 

ƏSAS SƏHİFƏ