Tarix, İslamiyyətin Yaxın Şərqə ədalətli, tolerant, müşfiq bir rəhbərlik 
		forması təqdim edən tək inanc sistemi olduğunu göstərir. 
		
		
		
		 
		
		Arxada qoyduğumuz 20-ci əsrin ən qanlı və ən narahat bölgəsi olan Yaxın 
		Şərqdə yaşadığımız bu günlərdə də yenə qan və gözyaşı hakimdir. Siz bu 
		sətirləri oxuyarkən, Yaxın Şərq yenidən qarşıdurmalara səhnə olur. 
		Xüsusilə də, son zamanlarda baş verən hadisələr, ictimaiyyətdə bütün 
		bölgəni əhatə edə biləcək bir müharibənin qapıda ola biləcəyi 
		təəssüratını yaratdı. Halbuki, Yaxın Şərq torpaqları vaxtilə belə 
		deyildi. Əksinə, müsəlmanların vahid bir halda birlik olduğu dövrlərdə, 
		bu bölgədə əsrlər boyu davam edən bir sabitlik, sülh və dinclik dövrü 
		yaşanmışdı. Yaxın Şərqdə 20-ci əsrə qədər davam edən sabitliyin səbəbi, 
		bu torpaqlarda İslam əxlaqının hakim olması və müsəlmanların birlik 
		olmasıydı.
		
		Son 1400 il ərzində müsəlmanlar Yaxın Şərqə həmişə birlik, həmrəylik 
		sülh və dinclik gətirmişdilər. Halbuki, o dövrdən sonra bölgədə həsrətlə 
		gözlənilən sülhün hakim ola bilməsi üçün bu günə qədər edilən bütün 
		təşəbbüslər həmişə müvəffəqiyyətsizliklə nəticələnmişdir. Bu yazımızda, 
		bu həqiqətin bəzi tarixi nümunələrini toxunacağıq.
		
		
		 
		
		Hz. Ömərin Fələstinə gətirdiyi sülh və ədalət 
		
		
		 
		
		Fələstin tarixindəki ən böyük dönüş nöqtəsi, 637-ci ildə ərazinin İslam 
		orduları tərəfindən fəth edilməsidir. Bu fəth əsrlərdir ki, döyüşlərə, 
		sürgünlərə, yağmalama və qırğınlara səhnə olan, müxtəlif inanclar 
		arasında tez-tez fikir dəyişdirən və dəyişdirdikcə də yeni vəhşiliklər 
		yaşayan Fələstinə, sülh və əmin-amanlığın təmin edilməsi mənasını 
		verirdi. İslam hakimiyyəti, Fələstində müxtəlif cəmiyyətlərin bir yerdə 
		yaşaya biləcəyi bir əsrin başlanğıcı oldu. Fələstin, Peyğəmbərimiz 
		(s.ə.v)-dən sonrakı ikinci xəlifə olan hz. Ömər tərəfindən fəth edildi. 
		Hz. Ömərin Qüdsə daxil olması, sonra da buradakı fərqli cəmiyyətlərə 
		qarşı göstərdiyi üstün ədalət, kamillik və nəzakət, başlayan gözəl 
		dövrün xəbərçisi idi.
		
		
		 
		
		Müsəlmanlarla bərabər Qüdsə və Fələstinə "mədəniyyət" gəldi. Bir-birlərinin 
		müqəddəs dəyərlərinə hörmət göstərməyən anlayışların yerinə, İslam 
		əxlaqının ədalətli və mötədil mədəniyyəti hakim oldu. Hz. Ömərin 
		fəthindən sonra Fələstində əsrlər boyu sülh və dinc həyat yaşandı. 
		Müsəlmanlar heç kəsi zorla müsəlmanlaşdırmağa çalışmadılar, ancaq 
		İslamın haqq din olduğunu görən bəzi qeyri-müsəlmanlar öz razılıqlarıyla 
		İslamiyyəti seçdilər. 
		
		
		 
		
		Səlib yürüşləri dövründə Səlahəddin Əyyubinin göstərdiyi ədalət 
		
		
		
		 
		
		Səlib ordusu, Qüdsü özünə paytaxt etmiş və sərhədləri Fələstindən 
		Antakyaya qədər uzanan bir Latın krallığı yaratmışdı. Ancaq səliblərin 
		Fələstindəki hakimiyyətləri çox uzun müddət davam etməyəcəkdi. Yaxın 
		Şərqdəki bütün müsəlman əmirliklərini birləşdirən Səlahəddin Əyyubi, 
		1187-ci ildə baş verən Hattin döyüşündə bütün səlib ordularını 
		darmadağın etdi.
		
		
		 
		
		Səlahəddin Əyyubi Hattindən dərhal sonra Qüdsə daxil olaraq 88 ildir ki, 
		səliblərin hakimiyyəti altında olan şəhəri xilas etdi. Səliblər 88 il 
		əvvəl Qüdsdəki bütün müsəlmanları öldürmüşdülər və buna görə, bu dəfə də 
		Səlahəddin Əyyubinin eyni vəhşiliyi onlara etməsindən qorxurdular. 
		Halbuki, Səlahəddin Əyyubi şəhərdəkilərin heç birinə toxunmadı. İngilis 
		tarixçisi Karen Armstronq, müsəlmanların bu ikinci Qüds fəthini belə 
		izah edir: 
		
		
		 
		
		  
		"2 Oktyabr 1187-ci ildə Səlahəddin və ordusu Qüdsə fatehlər kimi daxil 
		oldular; sonrakı 800 il ərzində şəhər bir müsəlman şəhəri olacaqdı... 
		Səlahəddin (qırğın törətmədən) əvvəlcədən xristianlara verdiyi sözü 
		tutdu və şəhəri yüksək İslami prinsiplərə görə aldı". (Karen Armstrong, 
		Holy War, səh. 185) 
		
		
		 
		
		Bu həqiqət, Səlahəddin Əyyubidən sonrakı 7 əsr ərzində, xüsusilə də 
		Osmanlıların dövründə sübut edilməyə davam etdi. 
		
		
		 
		
		Osmanlı xəlifələrinin ədalətli idarəçiliyi
		
		
		
		1514-cü ildə Yavuz Sultan Səlimin Qüdsü və ətrafını fəth etməsiylə 
		birlikdə, Fələstində təxminən 400 il davam edəcək Osmanlı idarəçiliyi 
		dövrü başlandı. Bu dövr, Osmanlı imperiyasının digər əyalətlərində 
		olduğu kimi, Fələstində də sülh və sabitliyi bərqərar edəcəkdi. 
		
		
		
		 
		
		Yaxın Şərqin bu dövrlərində Osmanlı imperiyasının yaratdığı idarəetmə 
		sisteminin Quran əxlaqına uyğun olması, şübhəsiz ki, əhəmiyyətli bir 
		həqiqətdir. Bir çox tarixçi və politoloq da bu həqiqətə diqqət çəkir. 
		Bunlardan biri də dünya səviyyəsində tanınmış Yaxın Şərq mütəxəssisi 
		prof. dr. Edvard Səid idi. Qüdslü xristian bir ailədən olan və Amerika 
		universitetlərində işlər görmüş Edvard Səid, özüylə aparılan bir 
		reportajda Yaxın Şərqdə daimi bir sülhün yaradıla bilməsi üçün 
		"Osmanlı sistemi"ni təklif etmişdi. Səidin şərhi belə idi:
		
		
		 
		
		
		 "Osmanlının tətbiq etdiyi sistem, 
		hal-hazırda sahib olduğumuz sistemdən daha çox humanist görünür". 
		(18.8.2000, Ha'aretz Gazetesi; MiddleEast. Org, Avqust 2000)
		
		
		 
		
		İslamiyyətdəki ədalətin mənbəyi: Quran əxlaqı 
		
		
		 
		
		Osmanlı imperatorluğunun və digər müsəlman dövlətlərin olduqca ədalətli 
		və humanist rəhbərliklər yaratmasının əsas səbəbi, Quranda belə bir 
		rəhbərliyin əmr olunmasıdır. Hz. Ömərin, Səlahəddin Əyyubinin, Osmanlı 
		padşahlarının və daha neçə-neçə müsəlman hökmdarın (bu gün qərblilər 
		tərəfindən də qəbul və təqdir edilən) bir mərhəmət, ədalət və qətiyyət 
		göstərmələrinin səbəbi, Uca Rəbbimizin Qurandakı əmrlərinə olan 
		sədaqətləriydi. İslam əxlaqına uyğun idarəetmə anlayışının təməlini 
		meydana gətirən bu əmrlərin bəziləri belədir:
		
		
		 
		
		Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar 
		arasında hökm verərkən ədalətlə hökm verməyinizi əmr edir. Allahın sizə 
		verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, 
		Görəndir. (Nisa surəsi, 58)
		
		
		 
		
		Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da 
		yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti 
		qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb 
		olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Elə 
		isə ədalətdən üz çevirib arzunuza uymayın. Əgər dilinizi əyib bükər 
		(sözü ağzınızda dolasanız) ya da üz döndərsəniz, şübhəsiz ki, Allah 
		etdiklərinizdən xəbərdardır”. (Nisa surəsi, 135)
		
		
		 
		
		İslam tarixinin ədalətli, müşfiq, təvazökar və kamil hökmdarlardan 
		ibarət olması, Allahın müsəlmanlara Quranda bildirdiyi üstün əxlaqdan 
		qaynaqlanır. Müsəlman bir idarəçi Allahdan qorxduğu üçün, özünə verilən 
		heç bir imkan və hakimiyyətdən ötrü degenerasiya etməz, qürrələnməz, 
		təkəbbürlənib zalım olmaz. 
		
		
		 
		
		Yaxın Şərqdə sülhü necə təmin etmək olar? 
		
		
		 
		
		Osmanlı imperatorluğunun bölgədən çəkilməsiylə başa çatan "Osmanlı sülhü" 
		bu gün hələ də bərpa edilməmişdir. Ancaq hal-hazırda xüsusilə də 
		Fələstində sülh və əmin-amanlığın tezliklə yaradılması zəruridir. 
		Buradakı həyat şərtləri hər keçən gün çətinləşir, yaşanan çətinliklər 
		getdikcə artır. Günahsız bir xalqın bütün hüquqlarını əlindən almaqla və 
		onları aclığa və yoxsulluğa məhkum etməklə yaradılacaq bir sülh ədalətli 
		olmayacaq. Daha da əhəmiyyətlisi, belə bir sülh həqiqi mənada bir sülh 
		deyil. Çünki belə bir sülh təhlükəsizlik və dincliyi hakim edə bilməz, 
		tam əksinə qarışıqlıq və xaosun artmasına səbəb olar. Torpaqlarından 
		çıxarılan bütün insanların razı olacağı bir mühitin hakim olması isə 
		ancaq ədalətin, bərabərliyin və insan hüquqlarına hər baxımdan riayət 
		olunduğu bir sülh planı ilə mümkün ola bilər. 
		
		
		 
		
		Bölgədəki dəhşətli vəziyyəti qəzetlərdən və televiziyalardan 
		izlədiyimizə görə heç bir şey yoxmuş kimi yaşamağa davam etməyimizin 
		məsuliyyəti, şübhəsiz ki, böyük olar. Buna görə də bizim boynumuza düşən 
		məsuliyyət, bütün dünyanı Allaha iman etməyə, din əxlaqının gətirdiyi 
		gözəllikləri yaşamağa dəvət etmək və Quran əxlaqının qarşısında dayanan 
		dinə düşmən ideologiyalarla fikri bir mübarizə aparmaqdır.
		
		Müsəlmanlar olaraq təmənnamız, axan qanların dayanması və Yaxın Şərqə 
		sülh gəlməsidir. Allahın izni ilə sülhün reallaşmasının vəsiləsi isə, 
		hz. Mehdi (ə.s)-ın liderliyi ilə İslam Birliyinin yaradılması olacaq. 
		
		
		
		 
		
		Yaxın Şərqdə sülhün bərqərar edilməsinə hz. Mehdi vəsilə olacaq 
		
		
		
		 
		
		Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanı izah edən hədislərinə ümumi şəkildə 
		baxıldığında diqqəti çəkən ortaq nöqtə, hz. Mehdi çıxana qədər Yaxın 
		Şərq torpaqlarında qarışıqlıqların, fitnələrin və böyük hadisələrin 
		yaşanacağıdır. Bu mövzuyla əlaqədar hədislərdən biri belədir:
		
		"Şamdakı fitnələr bir tərəfdən sakitləşdikcə, digər bir tərəfdən 
		alovlanar. Göydən çağırıcı bir mələk “hz. Mehdi əmirinizdir. Hz. Mehdi 
		xəlifənizdir“ demədən də fitnələr bitməz". (Mustafa Reşit Filizi, 
		Risalet-ül Huruc-ül Hz. Mehdi, səh. 63)
		
		
		 
		
		
		 Hz. İsa ilə birlikdə yer üzündə 
		olacaq hz. Mehdinin zühurundan əvvəl Şam bölgəsində böyük 
		qarışıqlıqların yaşanacağı hədisdən aydın olur. Şam ərəb sözü olub "sol" 
		mənasını verir və qədimdən bəri Hicaz bölgəsinin (Məkkə və Mədinə 
		şəhərlərinin yerləşdiyi bölgə) sol tərəfində qalan ölkələri ifadə edir. 
		Bu səbəbdən də, bu hədis Yaxın Şərq bölgəsində hələ də davam edən 
		qarşıdurmaların bəzən azalıb, bəzən də artacağına və ancaq hz. Mehdi 
		zühur etdikdə tam mənasıyla başa çatacağına işarə edir. Həmçinin, hz. 
		Mehdinin zühuruyla birlikdə müsəlmanların onun ətrafında birlik 
		olmasıyla yaradılacaq İslam Birliyi də Allahın izni ilə bu problemlərin 
		hamısının həllinə vəsilə olacaq. (Ən doğrusunu Allah bilir).
		
		 
		
		
		
		ƏSAS SƏHİFƏ